Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
19 Mart, 2025

Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində Mingəçevir-Xaldan (Yevlax)
şəhərlərarası avtobus marşrutunu müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 17 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas
avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 4
Lot üzrə mayın 6-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
21 May, 2025
Parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir
16 May, 2025
Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib
16 May, 2025
508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir
16 May, 2025
Avtobuslardan istifadə edənlərin sayı artıb
14 May, 2025
Mikromobillik vasitələri istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib