Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
03 Fevral, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi
ilə bağlı tədbirlərin davamı olaraq Bakı–Gəncə, Bakı–Laçın (Laçın-Həkəri-Zəngilan
yolu), Mingəçevir–Horadiz, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, həmçinin Aşağı
Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) rayondaxili avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı–Gəncə
marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Bakı–Laçın
marşrutu üzrə hüquqi şəxs “Qarabağ Bus” MMC;
Mingəçevir–Horadiz
marşrutları üzrə fiziki şəxslər Hüseynova Yeganə Nasib qızı və İsgəndərov Roman
Şükür oğlu;
Gəncə–Qazax
marşrutları üzrə fiziki şəxslər Heydarlı Orxan Vaqif oğlu və Bayramov Həsən Rəsul
oğlu;
Qazax–Gəncə
marşrutları üzrə fiziki şəxslər Rzayev Alxan Rafiq oğlu və Yolçuyev Asəf Rəfayıl
oğlu;
Aşağı
Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) marşrutu üzrə
hüquqi şəxs “Uğurlu Yol” MMC qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
11 Fevral, 2026
2 və 3 fevral 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
11 Fevral, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Fevral, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Fevral, 2026
206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək
06 Fevral, 2026
AYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib