Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Fevral, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi
ilə bağlı tədbirlərin davamı olaraq 592 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü
(Qazax sərhəd-keçid məntəqəsi), Sumqayıt–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi),
Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
592
nömrəli şəhərətrafı (Gorədil qəsəbəsi – Xırdalan şəhəri) marşrut üzrə hüquqi şəxs
"Ena Transport" MMC;
Bakı–Sınıq
Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Məmmədov Xanadan
Məhərrəm oğlu;
Sumqayıt–Sınıq
Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə hüquqi şəxs "Kaspian
Ekspress" MMC;
Gəncə–Qazax
marşrutları üzrə fiziki şəxs Məmmədov Mahir Xaliq oğlu;
Qazax–Gəncə
marşrutları üzrə hüquqi şəxs "Ağstafa
Avtonəqliyyat" ASC və fiziki şəxs Alızadə Ayxan Maarif oğlu qalib elan
olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir
31 May, 2026
119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir