Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
07 Aprel, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi
ilə bağlı tədbirlərin davamı olaraq Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Qazax–Mingəçevir, Qazax–Tərtər
şəhərlərarası, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Səmədabad kəndi
(Goranboy) – Gəncə (avtovağzal) və Xuluf
kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə
müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı–Gəncə
marşrutları üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
Bakı–Mingəçevir
və Bakı–Şəki marşrutları üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
Bakı–Lənkəran
marşrutu üzrə fiziki şəxs Əkbərov Güləhməd Camal oğlu;
Qazax–Mingəçevir
və Qazax–Tərtər marşrutları üzrə fiziki şəxs Bilalov Elxan Kamal oğlu;
Yenikənd
(Siyəzən) – Siyəzən avtostansiyası marşrutu üzrə fiziki şəxs Rzazadə Seymur
Zahir oğlu;
Səmədabad
kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Kamil
Avtonəqliyyat" MMC;
Xuluf
kəndi (Şəmkir) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Rzayev Qafqaz
Vaqif oğlu qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir