Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Aprel, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq 533 nömrəli şəhərətrafı, Bakı-Lənkəran, Sumqayıt-Horadiz şəhərlərarası,
Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası
istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən
edilib.
533 nömrəli şəhərətrafı (Şəfəq qəsəbəsi - Bakı Beynəlxalq
Avtovağzal Kompleksi) marşrut üzrə
hüquqi şəxs "Bus Service" MMC;
Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxs Quluzadə Fəqan
İman oğlu;
Sumqayıt-Horadiz marşrutu üzrə fiziki şəxs Talıbov
Polad Tahir oğlu;
Yalama qəsəbəsi - Qusar avtovağzalı və Xanoba kəndi
- Xudat avtostansiyası marşrutları üzrə hüquqi şəxs "Logistics and
Transport Services" MMC qalib elan
olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir