Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
14 May, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Bakı-Gəncə, Bakı-Göyçay və Bakı-Ağcabədi şəhərlərarası avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu
Yol 2023" MMC;
Bakı-Göyçay marşrutları üzrə fiziki şəxslər Cəmilzadə
Cavid Camal oğlu və Əbilov Vüsal Sahib oğlu;
Bakı-Ağcabədi marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi
Adil oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir