Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyun, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq 214 və 214A nömrəli şəhərətrafı,
eləcə də Bakı–Siyəzən, Bakı–Ağcabədi, Bakı–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə,
Bərdə–Kəlbəcər və Göyçay–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin
qalibləri müəyyən edilib.
Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin
“Şuşa şəhərciyi” yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin
Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı
avtobus marşrutları üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;
Bakı–Siyəzən marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab
Ağagül oğlu;
Bakı–Ağcabədi marşrutu üzrə fiziki şəxs Məmmədov Müşviq
Novruz oğlu;
Bakı–Mingəçevir marşrutu üzrə hüquqi şəxs "Xan
Sarayı" MMC;
Gəncə–Gədəbəy marşrutları üzrə fiziki şəxs Cəfərov Samir
Vaqif oğlu;
Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Rüstəmli
Şahin Rüstəm oğlu və Məmmədov Cavanşir Məhəmməd oğlu;
Bərdə-Kəlbəcər marşrutu üzrə fiziki şəxs İsmayılova
Elmira Əli qızı;
Göyçay-Gəncə marşrutu üzrə fiziki şəxs İbadov Elvin
Arif oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir