Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
28 Oktyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi
ilə bağlı tədbirlərin davamı olaraq Bakı – Zaqatala, Bakı – Şəki, Mingəçevir –
Qazax, Bakı – Ağdam, Bakı – Gəncə, Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi),
Şəki – Gəncə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı –
Zaqatala və Bakı – Şəki marşrutları
üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;
Mingəçevir
– Qazax marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu;
Bakı –
Ağdam marşrutu üzrə fiziki şəxs Nuriyev Fəxrəddin İsmayıl oğlu;
Bakı –
Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Bakı –
Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Abbasov
Kamil Şakir oğlu;
Şəki –
Gəncə marşrutu üzrə fiziki şəxs Xəlilov Əmiraslan Fərman oğlu qalib elan
olunublar.
Qeyd
edək ki, müsabiqələrin nəticələrinə əsasən, 8 marşrut üzrə istismar ediləcək 10 nəqliyyat
vasitəsindən 5-i 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir