Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi
ilə bağlı tədbirlərin davamı olaraq Gəncə–Qazax, Qazax–Gəncə, Aşağı Ağasıbəyli
(Samux) – Gəncə (Dəmiryol vağzalı), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı)
və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) avtobus marşrutları üzrə
müsabiqələrin qalibləri müəyyən edilib.
Gəncə–Qazax
marşrutu üzrə fiziki şəxslər Əsgərov Taleh Qafar oğlu və Məmmədov Mahir Xaliq
oğlu;
Qazax–Gəncə
marşrutu üzrə fiziki şəxslər Yolçuyev Samir Rəfayıl oğlu, Bəndəliyev Ayaz
Müslüm oğlu və Mirzəyev Xəyal Vəli oğlu;
Aşağı
Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Abbasov
Vüsal Fazil oğlu;
Alıuşağı
(Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə
(avtovağzal) marşrutları üzrə hüquqi şəxs “Simurq Kompani” ASC qalib elan
olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb