Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası və 49 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Ağcabədi-Mingəçevir marşrutu
üzrə fiziki şəxs Bayramov Bayram İbrahim oğlu;
Tərtər-Gəncə marşrutu üzrə
fiziki şəxs Nağıyev Azər Kamal oğlu;
Gəncə-Qazax marşrutları üzrə
fiziki şəxs Həsənov Vüsal Famil oğlu;
Qazax-Gəncə marşrutları üzrə
hüquqi şəxs “Ağstafa Avtonəqliyyat " ASC və fiziki şəxs Cəfərov Samir Vaqif oğlu;
49 nömrəli şəhərdaxili
(metronun "28 May" stansiyası- 68 nömrəli məktəb) marşrut üzrə hüquqi
şəxs "BakuBus" MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin
keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim
edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir