Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
22 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
(AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin
davamı olaraq Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası
və Kuzunqışlaq kəndi - Qusar avtovağzalı, Əniq kəndi - Qusar avtovağzalı və Bağçakürd
kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri
müəyyən edilib.
Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu
Yol 2023" MMC;
Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu;
Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs
İsgəndərov Niman Şükür oğlu;
Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd
Oruc oğlu oğlu;
Kuzunqışlaq kəndi - Qusar avtovağzalı və Əniq
kəndi - Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan
oğlu;
Bağçakürd kəndi (Goranboy) - Gəncə
(avtovağzal) marşrutu üzrə fiziki şəxs
Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında”
Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir