Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
15 Yanvar, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi
ilə bağlı tədbirlərin davamı olaraq 569 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü
(Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Gəncə–Qazax, Qazax–Gəncə və Şabran–Siyəzən
şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
569
nömrəli şəhərətrafı (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi)
marşrut üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;
Bakı–Sınıq
Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutları üzrə hüquqi şəxs “Xoşqədəmli”
MMC;
Bakı-Gəncə
marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Gəncə-Qazax
marşrutları üzrə fiziki şəxslər Cəfərov Samir Vaqif oğlu və Əsgərov Taleh Qafar
oğlu;
Qazax-Gəncə
marşrutları üzrə fiziki şəxslər Nağıyev Araz Hüseyn oğlu və Cəfərov Samir Vaqif
oğlu;
Şabran-Siyəzən
marşrutu üzrə fiziki şəxs Ələsgərov Afiq Ağası oğlu qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir
31 May, 2026
119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir