Daha bir ünvanda ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb
22 May, 2026
Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən
Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik
vəziyyətin və nizamsız parklanmanın
tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsi məqsədilə yeni yol
nişanları quraşdırılıb və
nişanlanma xətləri təşkil olunub.
Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə
gələn axın nəzərə alınaraq “5.15” – “duracaq yeri” yol nişanı quraşdırılmaqla
ödənişsiz parklanma məntəqəsi, həmçinin “3.28” – “durmaq qadağandır” yol nişanı
quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda “5.14” – “minik
taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri
düşürmələri üçün şərait yaradılıb.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yeni
piyada keçidləri təşkil edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir