Daha dörd ünvanda minib-düşmə yerləri yaradılıb
07 Iyul, 2025
AYNA tərəfindən avtobus
zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini
təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Növbəti belə
yerlər 8 Noyabr prospektindəki 4 ünvanda (Zəfər parkının yaxınlığı, 2 saylı
“ASAN xidmət” mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü
piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazi) təşkil edilib və müvafiq
lövhə yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl
5 məntəqədə - Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid
Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər
prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri
sərnişinlərin ixtiyarına verilib.
Məqsəd avtobus
zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin
minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən
istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr
ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl
edilməlidir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir