Daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr, 2026
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi
hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə
başlanılıb.
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan
sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və
vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində
xüsusi hərəkət zolaqları yaradılır.
Hər iki yol sahəsində zolaqların eni standartlara
uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilir.
Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir.
Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir