Daha iki ünvanda minib-düşmə yeri yaradılıb
04 Fevral, 2026
AYNA tərəfindən
avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə
mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam
etdirilir. Növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil
edilib.
Belə
ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı)
və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə
bağlı müvafiq lövhələr yerləşdirilib.
Görülən
bu tədbirlərin əsas məqsədi avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə
mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə
yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı,
minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə
qaydalarına əməl edilməlidir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir