Daha iki ünvanda minib-düşmə yeri yaradılıb
20 Avqust, 2025
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.
Növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib. Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.
Minib-düşmə yerlərinin yaradılmasında məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir