-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
DANX-da "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.
27 Avqust, 2019
DANX-da "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Mayın 24-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Qazaxıstan nümayəndə heyətinə "KazakhExport" ixracın sığortalanması şirkətinin idarə heyətinin sədri Ruslan İsakov rəhbərlik edib.
Xatırladaq ki, ötən il Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin Azərbaycan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Sazişin imzalanmasının mühüm əhəmiyyətə malik olduğu qeyd olunmuşdu.
Görüş zamanı tərəflər arasında iqtisadi, ticarət və nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı sahəsində mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstan Respublikasında Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo","Hyundai" və "İveco" markalı avtomaşınların, həm də elektromobillərin istehsalı barədə ətraflı məlumat təqdim edib.
Ruslan İsakov sərnişin avtobusları parkının yenilənməsi sahəsində dövlət proqramlarının qəbulu və icra edilməsi, şəhərdaxili sərnişin daşınmasında vahid bilet sisteminin və elektron bilet satışının tətbiqi, taksi minik avtomobillərinin və operatorlarının idarə olunması, həmçinin onlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənova məlumat verib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyi məsələlərinin qarşıda duran ən aktual problemlər silsiləsindən olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda, Azərbaycan Respublikasının nəqliyyat sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulduğunu xüsusi vurğulayaraq, formalaşmış bu cür münbit şəraitdə beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunmasının ölkə daxilində aparılan hüquqi islahatların nəticəsi olduğunu nümayəndə heyətinə bildirib.
Sonda, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov qeyd olunan məsələlərlə bağlı öz növbəsində Azərbaycan Respublikasında görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərə dair geniş açıqlama verərək, belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətindən bəhs edib.
Digər xəbərlər
21 Fevral, 2025
BNF icazələrinin növbəti bölgüsü keçirilib
20 Fevral, 2025
66, 126 və 340 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
20 Fevral, 2025
Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alınıb
19 Fevral, 2025
AYNA müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib
18 Fevral, 2025
17 və 24 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir