Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək
08 May, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin
kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.
Layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət
təhlil olunub, “Rəqəmsal əkiz” üzərindən simulyasiyalar aparılıb.
Qeyd edək ki, layihə Nəqliyyatı Əlaqələndirmə
Şurasına təqdim edilib və baxılaraq təsdiqlənib.
Təhlillər nəticəsində həmin yol kəsişməsində yüksək
nəqliyyat intensivliyi səbəbindən mütəmadi olaraq tıxacların yaranması, piyada əlçatanlılığının
aşağı olması, kəsişmənin səmərəli
olmaması müəyyən edilib. Bu hal zəncirvari təsir göstərərək paytaxtın bu əraziyə yaxın yollarında
ciddi sıxlıq yaradır.
Reallaşdırılan layihəyə əsasən, Ə.Dəmirçizadə küçəsində
mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində
birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz
küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının
təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq.
Sözügedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini
ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədilə
Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili
nəzərdə tutulur.
Nəticədə Ə.Dəmirçizadə küçəsi ilə Xətai
prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı
işıqfor tənzimlənməsi 2 fazalı tənzimlənmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat
vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyəyə
kimi enəcək.
Ərazidə mövcud mikromobillik infrastrukturunun
inkişaf etdirilməsi məqsədilə şəbəkə genişləndiriləcək, piyada əlçatanlığı
artırılacaq.
Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda
həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov
küçəsindən gələn axının tunelə girişində yaranan növbə qısalacaq. Bununla da
Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai
prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli
olacaqlar.
Qeyd edək ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə
nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən
tunelin inşasına kimi olan müvəqqəti həlldir.
Ətraflı məlumat: https://www.youtube.com/watch?v=FxbxdaO4oEA
Digər xəbərlər
07 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb
05 May, 2026
Daha bir ərazidə mikromobillik zolağı təşkil olunur
05 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
01 May, 2026
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
01 May, 2026
185 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir