Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qeyri-müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib
04 Mart, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qeyri-müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib.
Görüşdə daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə olunub.
Bildirilib ki, hazırda qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problem xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur. Daşıyıcılar daha çox Gürcüstan dövlət nömrə nişanlı avtobusların fəaliyyətindən şikayətləniblər.
Görüş zamanı daşıyıcıların təklifləri dinlənilib. Qərara alınıb ki, kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə daşıyıcılarla Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında vahid əlaqə kanalı yaradılsın və məsul şəxs təyin edilsin. Həmçinin belə nəqliyyat vasitələrinin nömrələri və onlardan istifadə edən daşıyıcılar müəyyən olunaraq müvafiq dövlət orqanı ilə birgə onlara qarşı tədbirlər həyata keçirilsin.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün müvafiq addımların atılması nəzərdə tutulub. Hazırda əsas problem kimi heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq dövlət qurumu ilə birgə mütəmadi reydlər keçirir. Gələcəkdə bu reydlərin davam etdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb