Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir
11 Oktyabr, 2025
AYNA tərəfindən Bakı şəhərində mikromobillik
infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd
şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən
hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər
metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə
görülür.
Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil
edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy
Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar
prospekti ilə kəsişməsinə kimi aparılır.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri
həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin
quraşdırılmasına başlanılacaq.
Növbəti mərhələdə isə mikromobillik zolaqları
İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində
mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək. Xatırladaq
ki, daha öncə bu əlaqələdirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə
həyata keçirilmişdir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir