“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçiriləcək
25 Iyul, 2025
30 iyul 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun növbəti iclası keçiriləcək.
İclas
çərçivəsində 2025-cü il üçün Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra
vəziyyətinin müzakirəsi aparılacaq, əldə olunan nəaliyyətlər barədə ətraflı
məlumat veriləcək. Bununla yanaşı, iclas zamanı özəl sektorun təşəbbüsü ilə
görülmüş işlərə və hazırlanmış təkliflər, eləcə də əvvəlki iclaslar zamanı
verilmiş tapşırıqların icra vəziyyəti müzakirə ediləcək.
Keçiriləcək
iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes
mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)”
bölməsinin “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak
edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir