“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib
27 Fevral, 2025
27 fevral 2025-ci il il
tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki
infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat
vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun
təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr
olunan iclası keçirilib.
İclasda Komissiyanın
Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi,
Dövlət Gömrük Komitəsinin məsul nümayəndələri və özəl sektorun və biznes
assosiasiyalarının təmsilçiləri iştirak ediblər.
Görüş çərçivəsində altqrupa üzv
olan qurumlar tərəfindən altqrupun 27 yanvar 2025-ci il tarixli iclasının
Protokolunda qərara alınan tədbirlərin icra vəziyyətinə dair müzakirələr aparılıb.
Bununla yanaşı, ötən
iclas zamanı da müzakirə mövzusu olan “Azərbaycan avtomobil sektorunda mövcud
vəziyyətin icmalı: Tendensiyalar, çağırışlar və təkliflər” üzrə təqdimat edilib, eləcə də 2025-ci il üçün Yol
Xəritəsinin yekun layihəsinə daxil ediləcək yeni tədbirlərin müzakirəsi aparılıb.
Özəl sektor
nümayəndələrinin, o cümlədən avtomobil dillerlərinin təmsilçilərinin aktiv
iştirakı ilə keçən görüşdə müvafiq çağırışlar və qarşıda duran vəzifələrdən
irəli gələrək, praktik təkliflər istiqamətində səmərəli müzakirələr aparılıb və
təkliflər irəli sürülüb.
Sonda 2025-ci il üçün
Yol Xəritəsinin layihəsinin yekunlaşdırılaraq təsdiq üçün təqdim edilməsi
qərara alınıb, eləcə də qarşıda duran vəzifələr üzrə tapşırıqlar verilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir