“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib
30 Iyul, 2025
30 iyul 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” ASC və digər dövlət qurumlarının məsul nümayəndələri, həmçinin özəl sektor və biznes assosiasiyalarının təmsilçiləri iştirak edib.
Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 6 aylıq dövr üzrə icra vəziyyəti barədə məruzə edilib, aktual məsələlərə dair müzakirələr aparılıb.
Bununla yanaşı, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələri üçün zəruri infrastrukturun yaradılması sahəsində görülmüş işlərə dair təqdimatla çıxış edilib, həmçinin ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi və istifadəsi sahəsində maliyyə əlçatanlığının artırılması, rəqabət mühitinin inkişafı və dövriyyəsinin artırılması sahəsində görülmüş işlərə dair məlumat verilib.
Sonda 2025-ci il üçün Yol
Xəritəsi üzrə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə
edilib, Yol Xəritəsinin icrası iqtiqamətində müvafiq tapşırıqlar verilib, iclas iştirakçılarının sualları cavablandırılıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir