Elektron Əmtəə Nəqliyyat Qaiməsinin Azərbaycanda tətbiqi üzrə ilk texniki iclas keçirilib
03 Mart, 2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanın eCMR-ə (Elektron Əmtəə Nəqliyyat Qaiməsi) keçidi üçün
hazırlanacaq yol xəritəsinin müzakirəsi məqsədilə ilk texniki iclas keçirilib.
Görüşdə BMT-nin Avropa İqtisadi Komissiyası
(UNECE), BMT-nin Ticarət və Elektron Biznesin Asanlaşdırılması Mərkəzi (UN/CEFACT)
katibliyinin ekspertləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak
ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri
beynəlxalq yükdaşımalarda rəqəmsal transformasiya üçün ölkənin milli hədəflərini
təqdim ediblər.
İclasda iştirak edən beynəlxalq mütəxəssislər elektron
əmtəə nəqliyyat qaiməsinin faydalarını qeyd edib və onun qlobal ticarətin
asanlaşdırılmasında rolunu vurğulayıblar.
Eyni zamanda Azərbaycanın nəqliyyat sistemində rəqəmsal
həllərin tətbiqi sahəsində görülən işlər yüksək qiymətləndirilib. eCMR-in tətbiqinin
ölkənin nəqliyyat əməliyyatlarının rəqəmsallaşması sahəsində mühüm nailiyyət
olacağı və bu sahədəki inkişafı daha da sürətləndirəcəyi diqqətə çatdırılıb.
İştirakçılar sistemin fasiləsiz fəaliyyətinin təmin
olunması üçün əsas mərhələləri və strategiyaları müzakirə ediblər. Tərəfdaşlar
bu rəqəmsal təşəbbüsün uğurlu həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair
öhdəliklərini bir daha təsdiqləyiblər.
Qeyd edək ki, eCMR sistemi beynəlxalq yükdaşımalar
zamanı əmtəə nəqliyyat qaiməsinin tərtibatı sahəsində səmərəliliyi artırmaq, rəqəmsal
mühitə keçid etməklə kağızdan istifadəni azaltmaq, həmçinin sərhədkeçmə əməliyyatlarını
asanlaşdırmaqla sürətli və şəffaf zəminin formalaşdırılmasını ehtiva edir.
Azərbaycanda eCMR sisteminin tətbiqi, ölkənin logistika
infrastrukturunun müasirləşdirilməsi və regional ticarət səmərəliliyinin
artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilir.
Digər xəbərlər
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
04 Sentyabr, 2026
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
04 Sentyabr, 2026
32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
04 Sentyabr, 2026
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
04 Sentyabr, 2026
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunur