Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
13 Mart, 2025
Aprelin
1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və
fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn
müraciət əsasında https://e-xidmet.ayna.gov.az/
portalı üzərindən veriləcək.
Proses “AYNA” informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş SİMA və ASAN İmza ilə mümkün olacaq.
Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb. Videotəlimat:
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir