Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur
30 May, 2025
Fətəli xan Xoyski küçəsi, “Gənclik Mall”un qarşısı sıxlıq
hallarının müşahidə edildiyi ərazidir. Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif
və Atatürk prospektləri
istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin
hərəkəti çətinləşir.
Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi
axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini,
o cümlədən, avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra
olunacaq.
“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması və geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.
Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində
sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə
ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin
edilməsi baş tutacaq.
Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən
hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə
tutulub.
Ətraflı: https://www.youtube.com/watch?v=QGhNNUECZVk
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir