Gəncə istiqamətində yeni avtobuslar xidmətə başlayıb
23 Avqust, 2024
Marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı-Gəncə-Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq bu istiqamət üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Beləliklə, sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncə istiqamətində tam yeni “Man” və “Temsa” markalı avtobuslar xidmətə başlayıb. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir