Gəncə şəhərində yol hərəkətinin təşkilində dəyişiklik olunub
18 Avqust, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhərinin Nizami küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət təşkil olunub.
Nəticədə nəqliyyat vasitələrinin izafi yürüşü azalıb, səyahət müddəti qısalıb, o cümlədən ictimai nəqliyyatın mobillik imkanları və əlçatanlığı artıb.
Görülən işlər çərçivəsində müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil olunub, işıqfor bölmələrində dəyişiklik edilib.
Hərəkət iştirakçılarından ərazidəki nişanların tələblərini rəhbər tutaraq hərəkət etmələri xahiş olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir