Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
12 Iyun, 2025

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın artırılması nəzərdə tutulur.
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Gəncə şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Sənədlər 11 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən 2 nömrəli şəhərdaxili (Heydər Əliyev
prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi), 4 nömrəli şəhərdaxili
(İmamzadə türbəsi – Cümhuriyyət prospekti), 5 nömrəli şəhərdaxili (Y.Məmmədəliyev
küçəsi – V.Qocayev küçəsi), 6 nömrəli şəhərdaxili (Şıxzamanlı qəsəbəsi –
Bağmanlar küçəsi), 7 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – Şəhidlər
Xiyabanı), 8 nömrəli şəhərdaxili (Dəmiryol deposu (Z.İsmayılov küçəsi) –
Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi)), 10 nömrəli şəhərdaxili (Poçt
qəsəbəsi – N.Nərimanov küçəsi),11 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi
(H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi), 12 nömrəli şəhərdaxili (Gəncə
Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası), 13 nömrəli şəhərdaxili
(Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı
(Yevlax istiqamətində)), 14 nömrəli şəhərdaxili (Qızılqaya qəsəbəsi
(A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi) və G2 nömrəli şəhərətrafı (Göygöl
Avtostansiyası – N.Nərimanov küçəsi) marşrutları üzrə 12 lotda avqustun 6-da;
1 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı – Yeni Gəncə (28 May prospekti)), 3 nömrəli şəhərdaxili (Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti), 9 nömrəli şəhərdaxili (Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi), 15 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 16 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 17 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ.Kazımov küçəsi), 18 nömrəli şəhərdaxili (N.Nərimanov küçəsi – Cavadxan qəsəbəsi), 19 nömrəli şəhərdaxili (V.Qocayev küçəsi – Şah İsmayıl Xətai prospekti), 20 nömrəli şəhərdaxili (Ə.Xəqani küçəsi – N.Nərimanov küçəsi) və G1 nömrəli şəhərətrafı (Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi) marşrutları üzrə 10 lotda avqustun 8-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
10 Iyun, 2025
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 54 000-dən çox sərnişin daşınıb
09 Iyun, 2025
Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır
07 Iyun, 2025
İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib
05 Iyun, 2025
“Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
05 Iyun, 2025
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır