Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır
09 Iyun, 2025
Gəncə
şəhərində ictimai nəqliyyatın keyfiyyətinin və təhlükəsizliyinin artırılması,
peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması məqsədilə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihənin icrasına başlayıb.
AYNA-nın
Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət
göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması
həyata keçirilir.
İlkin
mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun
hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə
kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən
sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb
ediləcəklər.
Təlimlərdə
sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin
hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda
davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən
idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə”
texnikası üzrə nəzəri və praktik biliklər veriləcək.
Qeyd
edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin
artırılmasına xidmət edir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir