Gəncədə peşəkar sürücü heyətinin formalaşdırılması davam etdirilir
17 Iyun, 2025
İctimai
nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin
formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris
Mərkəzində avtobus sürücüləri üçün təlimlər keçirilir. Sürücülər peşə fəaliyyəti,
davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərdə iştirak edə bilirlər.
Əlçatanlığın təmin olunması məqsədilə mərkəzin mütəxəssisləri Gəncədə də bu təlimləri
təşkil edirlər.
Gəncə şəhərində ictimai nəqliyyat sahəsində fəaliyyət
göstərmək üçün müraciət edən 700-ə yaxın şəxsdən artıq 478-nin sürücülük bacarıqları
yoxlanılıb. İlkin qiymətləndirmə zamanı müvəffəqiyyət qazanan 343 nəfər növbəti
mərhələyə keçib. Onlar tibbi yoxlanışdan sonra mərhələli qaydada təlim prosesinə
cəlb edilirlər.
Təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma
qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların
istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin
rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin
artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər
verilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir