«Gənclik» metrosunun qarşısındakı meydan rahat şəhər mühitinə çevriləcək
24 Aprel, 2026
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin)
yaradılması davam etdirilir.
Bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan
Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil
edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul
olunub.
Artıq “Gənclik” metro stansiyasının şimal
çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda
başlanılacaq.
Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı
maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən
layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.
Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində
yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər
qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və
Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında
piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti
zamanı təhlükəsiziyini artıracaq.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir