Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı daşıyıcılara açıqlandı
30 Sentyabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılmasını həyata keçirir. Bu təşəbbüs daşıyıcılara səfərlərini planlayan zaman gömrük postundakı mövcud vəziyyətə uyğun addım atmağa imkan yaradır.
Hazırda gömrük-sərhəd məntəqələrində gözləmədə olan yük maşınlarının sayı aşağıdakı kimidir: “Astara” gömrük postunda 23, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 400, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 15 yük maşını mövcuddur. “Xanoba” gömrük postunda isə hazırda növbə yoxdur.
Qeyd edək ki, bu məlumatların daşıyıcılara təqdim edilməsi yük daşımalarının səmərəliliyini artırmağa və gözləmə vaxtlarını azaltmağa kömək edir.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir