Həsən bəy Zərdabi və Heydər Hüseynov küçələrinin kəsişməsində yeni layihə icra olunur
10 Dekabr, 2025
Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra olunur.
Buna qədər Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.
Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.
Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmış layihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcə də piyadaların mobillik ehtiyacları qarşılanır.
Layihə barədə videoçarxda tanış ola bilərsiniz:
https://youtu.be/pWt4Lofp--8?si=Eh04XCICz8Gf8m68
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir