İctimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində AYNA - dan növbəti addım
07 Oktyabr, 2024
Avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın dayanıqlı fəaliyyətinin təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır.
Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrutlar təhlil edilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün müvafiq tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.
Yeni Ramana yaşayış sahəsini “Koroğlu” metrostansiyası və “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir