III MDB Oyunları çərçivəsində avtobuslarla 19000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü daşınıb
07 Oktyabr, 2025
III MDB Oyunlarında çıxış edən idmançıların və
nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin
edilməsi davam etdirilir.
Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq
Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə
daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 avtobus cəlb
edilib.
24 sentyabr – 6 oktyabr tarixlərində 159 reys
həyata keçirilib, 2000-dən çox idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan
oyunların keçirildiyi şəhərlərə daşınması təmin olunub. Yarışları bitirən 550-dən
çox idmançı və nümayəndə heyəti üzvünün isə hava limanlarına geri daşınması
həyata keçirilib.
Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə
iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus
ayrılıb. İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 3850 reys
həyata keçirilib, 16400 idmançı və
nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz
şəkildə çatdırılıb.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam
etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin
keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir