III MDB Oyunları çərçivəsində avtobuslarla 22000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü daşınıb
10 Oktyabr, 2025
Azərbaycanın uğurla ev sahibliyi etdiyi III MDB
Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz
nəqliyyat xidmətləri ilə təmin olunub.
24 sentyabr – 9 oktyabr tarixlərində 189 reys həyata
keçirilib, 4056 idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların
keçirildiyi şəhərlərə, o cümlədən əks istiqamətdə daşınması təmin olunub.
Qeyd edək ki, ölkəmizə gələn qonaqların həm Heydər
Əliyev adına Bakı Beynəlxalq Hava Limanından, həm də Gəncə Beynəlxalq Hava
Limanından oyunların keçirildiyi şəhərlərə daşınması üçün 40 avtobus cəlb edilmişdir.
Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə
iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılmışdır.
Yarışların keçirildiyi günlərdə həmin avtobuslarla şəhərdaxili daşımalarda 4055 reys həyata keçirilib, 17792 idmançı və nümayəndə
heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə
çatdirılıb.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Agentliyin
əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə
tam heyətlə cəlb olunmuşdurlar.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir