III MDB Oyunları çərçivəsində avtobuslarla 7700-dən çox idmançı və nümayəndə heyəti daşınıb
01 Oktyabr, 2025
III
MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz
şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi davam etdirilir.
Azərbaycana
gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq
Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata
keçirilir. Hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus cəlb edilib.
24-30
sentyabr tarixlərində 84 reys həyata keçirilib, 1441 idmançı və nümayəndə heyətinin
aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin edilib.
Həmçinin
tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar
arasında daşınması üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb.
İndiyədək
həmin avtobuslarla şəhərdaxili daşımalarda 1550 reys həyata keçirilib, 6297 idmançı
və nümayəndə heyəti tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə
çatdırılıb.
Xatırladaq
ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş
iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat
Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb
olunublar.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir