III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır
25 Sentyabr, 2025
28
sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III
MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş
iş rejimində çalışır. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə
birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.
Oyunlarda
çıxış edəcək idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə
nəqliyyat xidmətləri ilə təmin edilməsi həyata keçirilir.
III
MDB Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlar həm Heydər Əliyev Beynəlxalq
Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanına üz tutur. Nümayəndə heyətlərinin
hava limanlarından daşınması təşkil edilmiş şatllarla həyata keçirilir. Hava
limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus ayrılıb.
Sentyabrın
24 və 25-də oyunlarla əlaqədar AYNA tərəfindən 6 reys həyata keçirilib və 9
avtobusla 180 sərnişin hava limanlarından tədbirlərin keçiriləcəyi şəhərlərə
rahat və təhlükəsiz şəkildə aparılıb.
Həmçinin
tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar
arasında daşınması üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb. Bu
avtobuslardan 10-u bu gündən Qəbələdə başlayan oyunlar üçün iştirakçıların
yarış məkanlarına çatdırılmasını təmin edir.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir