İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
06 Fevral, 2026
32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət
sxemi dəyişdirilir. Fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb
Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin
küçəsi ilə təşkil ediləcək.
Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə
edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası
intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını
alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir