İlk dəfə olaraq ölkədaxili sifarişli sərnişin və yükdaşıma sürücüləri təlimlərə cəlb edilirlər
23 Iyul, 2026
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər əsasında ölkədaxili sifarişli sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşə hazırlığı təlimlərinə cəlb olunurlar.
Sözügedən dəyişikliklərin
icrası çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər
üçün peşə hazırlığı təlimləri təşkil olunub.
Peşə
hazırlığı təlimlərini ümumilikdə 745 nəfər müvəffəqiyyətlə tamamlayıb.
Təlimlərin
yekunu olaraq isə iyulun 14-də Dövlət İmtahan Mərkəzində ilk dəfə imtahan təşkil
olunub. İmtahan nəticələrinə əsasən, namizədlərdən 243 nəfəri uğurlu nəticə
göstərib.
Qeyd edək ki,
təşkil olunan peşə hazırlığı təlimlərinin əsas məqsədi ölkədaxili sərnişin və
yük daşımalarını həyata keçirən sürücülərin peşə bilik və bacarıqlarının
artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yol hərəkətinin təhlükəsizliyinin
gücləndirilməsi və daşınma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir