İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
Respublika ərazisində fəaliyyət göstərən bütün
avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri
ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində
gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin
daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Gücləndirilmiş rejimin 6 günü ərzində Bakı Beynəlxalq
Avtovağzal Kompleksindən 1 482 reys həyata keçirilib, 40 783 sərnişin
rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını
qarşılamaq üçün əlavə olaraq 170-ə yaxın reys həyata keçirilib.
Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks
istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait
yaradılıb.
26-31 may tarixlərində bölgə avtovağzallarından
müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 5 460 reyslə 60 760-a
yaxın sərnişin daşınıb.
Biletlər avtovağzalların kassalarından, eləcə də “biletim.az”
portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
Qeyd edək ki, sərnişinlərin 45%-i biletlərini
onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin
tələbatı tam qarşılanıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir