İstirahət günlərində 50 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
06 Yanvar, 2025
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Ümumilikdə istirahət günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 1775 reys həyata keçirilib, 50600-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərdə BBAK-dan reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 15239 onlayn bilet alınıb. Bu da ümumi bilet satışının 30 faizini təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
23 Sentyabr, 2026
“Avropa Mobillik Həftəsi” çərçivəsində panel müzakirəsi keçirilib
23 Sentyabr, 2026
49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub