İstirahət günlərində rekord sayda – 200 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
31 Mart, 2026
Respublika
ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində
əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi
üçün 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası
və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə
uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
nəzarət olunub.
Gücləndirilmiş
rejimin 12 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata
keçirilib, 84 135 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına
çatdırılıb.
Adi
günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 450-dən
çox reys həyata keçirilib.
Bayram
günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin
etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb. 19-30 mart tarixlərində
bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 18 000
reyslə 116 000-ə yaxın sərnişin daşınıb.
Biletlər
avtovağzallarn kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn
qaydada sərnişinlərə təqdim edilib.
Qeyd
edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60%-i biletlərini onlayn qaydada
“biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 35-40% təşkil
edib. Bu da növbəti rekord göstəricidir.
Bakıdan
bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir