“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
17 Iyul, 2026
Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alınaraq iyulun 18-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Sea Breeze istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.
Həftənin şənbə və bazar günləri
metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf)
başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə
dayanması təmin ediləcək.
Marşrut üzrə aralıq
dayanacaqlar:
- Heydər Əliyev prospekti
(Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
- Bakı Ekspo Mərkəzi (Yeni
Suraxanı qəsəbəsi);
- Mərdəkan prospekti (Binə qəsəbəsi);
- Mərdəkan prospekti (Qala
yolu ilə kəsişmə);
- 5 nömrəli Bakı Peşə Məktəbi
(Buzovna qəsəbəsi);
- Bilgəh Kardioloji
Sanatoriyası;
- Bilgəh–Pirşağı yolu (çimərlik
ərazisi);
- Sea Breeze 1;
- Sea Breeze 2.
Böyüktutumlu avtobuslar sərnişinlərə
saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir