“Koroğlu” NMM-i “Sea Breeze” ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
18 Iyul, 2025
Əhalinin rahat və keyfiyyətli nəqliyyat xidmətləri
ilə təmin edilməsi və ictimai nəqliyyatın əlçatanlığının artırılması məqsədilə yeni
marşrutların yaradılması davam etdirilir.
Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq iyulun 19-dan “Koroğlu”
Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən
yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.
Həftənin şənbə və bazar günləri “Koroğlu”
metrostansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut
boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək. Marşrut
"BakuBus" MMC tərəfindən istismar ediləcək və xətt üzrə müasir
böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə
intervalla xidmət göstərəcək. Avtobuslarda gediş haqqı 0.80 AZN təşkil edir. Ödənişlər
nağdsız qaydada həyata keçiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir