Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir
05 Sentyabr, 2025
Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat
axınlarının nizamlanması məqsədilə AYNA tərəfindən Koroğlu Rəhimov küçəsində hərəkətin
təşkilində dəyişikliklər edilir.
Koroğlu Rəhimov küçəsində uzun müddətdir mövcud
olan problemli nöqtələr nəqliyyat axınına mənfi təsir göstərir. Belə ki, Həsən
Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini
qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq
yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində
hərəkət edən sürücülərin “Gənclik” metrostansiyasına tərəf dönmək tələbi yüksək
olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından,
avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.
Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə
daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz
keçidini təmin etməyə imkan vermir.
Parkın digər tərəfində istifadə olunmayan yolun və
ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində
dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində
avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz
keçidinin təmin edilməsi nəzərdə tutulur.
Görüləcək işlər nəticəsində yol şəbəkəsinin
buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə
imkanları yaxşılaşacaq.
Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və
gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol
nişanları və məlumat lövhələri quraşdırılacaq.
Qeyd edək ki, bu həll Bakının “rəqəmsal əkiz”i
vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə
hazırlanıb.
Sürücülərin rahatlığına hesablanan bu layihəni diqqətinizə çatdırırıq. Videoçarxda tətbiq olunacaq yeniliklərlə tanış ola bilərsiniz. https://youtu.be/Zufxr76Ft3o?si=WAVlFJDpcRklnBkb
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir