Koroğlu Rəhimov küçəsində nəzərdə tutulan dəyişikliklər
16 Sentyabr, 2025
Nəqliyyat
axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə
AYNA tərəfindən Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər
edilir.
Dəyişikliklərə
əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən
Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.
Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərədə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.
Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik” metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.
Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov
küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas
küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.
Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.
Atatürk
prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri
Həsən Əliyev küçəsi ilə metronun “Gənclik” stansiyası istiqamətində getmək istədikdə
parkın yanından birbaşa birinci döngədən istifadə etməli olacaqlar.
Əlövsət
Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda,
Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola – metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək.
Sürücülərin dəyişiklikləri
rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə
müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.
Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov
və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən
piyada keçidləri təşkil olunacaq.
Daha
bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən
Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət
zolağı təşkil olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks
istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.
Qeyd edək ki, layihə Bakının “rəqəmsal əkiz”i üzərində simulyasiya edilərək hazırlanıb. https://www.youtube.com/watch?v=Zufxr76Ft3o
Digər xəbərlər
22 May, 2026
Daha bir ünvanda ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb
22 May, 2026
Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb
22 May, 2026
Naxçıvan şəhərində İcazə blanklarının verilməsi yeni ünvanda
22 May, 2026
Müvəqqəti xüsusi hərəkət zolaqları mayın 23-dən qüvvədən düşür
22 May, 2026
WUF13 ilə əlaqədar dəyişiklik tətbiq edilən marşrutların fəaliyyəti bərpa edilir