Kvota ilə bağlı müraciətlər növbəyə necə düşəcək?
29 Dekabr, 2025
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,
Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları
üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000
(iyirmi beş min kvota) ədəd müəyyən edilib. Kvota ilə bağlı müraciət ərizələrinin
qəbulu vaxtı isə 30 dekabr saat 23:59-da bitir.
Yanvar ayından etibarən müraciətlərin
qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.
Növbəlilik
sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin
tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı
haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq.
Saytda,
həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada
yaranan boş yer barədə məlumatlar yer alacaq.
Kvotada
boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az
olduqda növbə çatdıqda kvotadakı boş yer sayı qədər nəqliyyat vasitəsinə
buraxılış kartı veriləcək, yerdə qalan nəqliyyat vasitələrinin növbədə qalması
davam edəcək.
Növbədəki
müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə baxılma bitmədikdə növbəti
növbədəki müraciət ilə bağlı sistem üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq.
Növbəliliklə
bağlı əlavə məlumatlar vaxtaşırı təqdim ediləcək.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir